Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının dəstəyilə 162 saylı məktəbdə "Kiçik Akademiya" açıldı
İyn 01 , 2016 | 02:07 / ELMİN TƏBLİĞİ
Oxunma ( 4197 )

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası elmlə təhsilin vəhdətinin yaradılması siyasətinə uyğun olaraq öz fəaliyyətini genişləndirməkdədir. Şuranın orta məktəblərdə gerçəkləşdirdiyi elmin təbliği və populyarlığının artırılması məqsədi daşıyan "Bu günün şagirdi, sabahın alimi" layihəsi çərçivəsində növbəti addımını atdı. Belə ki, Şuranın təşəbbüsü ilə Səbail rayonu şəhid Etibar Əliyev adına 162 saylı orta məktəbdə "Kiçik Akademiya"nın açılması münasibəti ilə tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Məktəbin direktoru Sevinc Abbasova qonaqları salamladı və məktəb haqqında ümumi məlumat, eyni zamanda yeni fəsliyyətə başlayan "Kiçik Akademiya"nın yaranması məqsədi, fəaliyyət istiqamətləri və gələcək perspektivləri ilə bağlı fikirlərini bildirdi.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanovun adından məktəb rəhbərliyini təbrik edən İdarə Heyətinin üzvü, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev təmsil olunduğu qurumun qısa müddətdə elmin təbliği və elmlə təhsilin vəhdətinin yaradılması istiqamətində reallaşdırılan ənənəvi və qeyri-ənənəvi layihələrdən geniş məlumat verdi və 162 saylı məktəbdə açılan bu "Kiçik Akademiya"nın böyük elmin astanası rolunu oynayacağını vurğuladı, hər iki tərəfdən yaxın gələcək əməkdaşlıq üçün birgə həyata keçirilməsi mümkün olan hər bir təşəbbüsün sözdən əməli işə keçirilməsi üçün ciddi addımlar atılmasının vacibliyini diqqətə çatdırdı.

Tədbirdə iştirak edən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev, AMEA-nın aparıcı elmi işçisi, şair, publisist, sosioloq Əhməd Qəşəm oğlu, AMEA Gənc Alim və Mütəxəssislər Şurası İdarə Heyətinin üzvləri, tarix üzrə fəlsəfə doktoru, Bəxtiyar Cəlilov, kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov "Kiçik Akademiya"nın məhsuldar fəaliyyəti üçün məktəb rəhbərliyi, müəllim kollektivinə və istedadlı şagirdlərə öz faydalı təklif və tövsiyələrini verdilər və uğurlar arzuladılar.

Tədbirdə "Kiçik Akademiya"nın əsasnaməsi, marşı, loqosu təsdiq olundu.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.