Fotos
Soçidə Gənc alimlərin II Multidissiplinar Forumu keçrilir
İyn 02 , 2016 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 2918 )

01-04 iyun 2016-cı il tarixlərdə Rusiya Federasiyasının Soçi şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) və Avropa İttifaqı (Aİ) ölkələrinin Gənc Alimlər şuralarını birgə təşkilatçılığı ilə Gənc alimlərin II Multidissiplinar Forumu keçrilir. Bu möhtəbər tədbirin keçirilməsində məqsəd elmi bilik mübadiləsi, eləcə də müxtəlif ölkələri və sahələri təmsil edən gənc alimlər arasında əməkdaşlığın inkişaf edilməsidir. 

Tədbirə MDB və Aİ ölkələrinin Gənc Alimlər Şuralarının nümayəndələri dəvət olunub. Xarici iştirakçılar arasında Avropa ölkələrindən - İspaniya, Bolqarıstan, Fransa, eləcə də MDB dövlətləri müvafiq Şura sədrləri iştirak edib. Azərbaycanı bu tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov və Şuranın Beynəlxalq əlaqələr üzrə məsul şəxsi, geologiya üzrə fəlsəfə doktoru Orxan Abbasov təmsil edib. 
Forumda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Forum öz işini prioritet istiqamətlər üzrə paralel sessiyalar ilə davam etdirib.
 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.