Fotos
AMEA Geologiya və Geofizika İnstitutunda 1 iyun - Uşaqların Beynəlxaq Müdafiəsi Günü qeyd edilib
İyn 01 , 2016 | 03:00 /
Oxunma ( 3077 )

AMEA Geologiya və Geofizika İnstitutunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İnstitut əməkdaşlarının övladları üçün ənənəvi tədbir keçirilib. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil olunmuş tədbirdə 130-a yaxın azyaşlı və məktəbli uşaq iştirak edib.

Şuranın elmi katibi Aysel Cəbrayılova institutun balaca qonaqlarını salamlayıb və onlara sağlam, intellektual gələcək arzulayıb.

Sonra sehirbazlar, şən klounlar, şar və köpük şouların təqdimatında hazırlanmış musiqili-əyləncəli proqramları nümayiş etdirilib. Hədiyyələr və xatirə şəkilləri ilə tamamlanan tədbir institutun balaca qonaqlarına unudulmaz gün bəxş edib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.