AMEA MƏRKƏZİ NƏBATAT BAĞININ ƏMƏKDAŞLARI BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK EDİBLƏR
İyn 06 , 2016 | 04:00 / Mühüm hadisələr
Oxunma ( 2419 )

AMEA  Mərkəzi  Nəbatat Bağının (MNB) əməkdaşları b.ü.f.d. Elmira Səfərova və b.ü.f.d. Ceyran Nəcəfova Antalya şəhəri Pamukkale Universitetində (Türkiyə) keçirilən “SEAB-2016. Avrasiyada Biomüxtəliflik” mövzusunda Beynəlxalq simpoziumda iştirak ediblər.  Konfransda Azərbaycan, Türkiyə, Qazaxstan, Belarusiya və  Rusiyadan olan 100-dən artıq elmi əməkdaş Avrasiyada biomüxtəlifliyin mövcud vəziyyəti və biomüxtəlifliyin qorunması üzrə mövzularla çıxış ediblər. MNB-nın elmi işçisi Elmira Səfərova “Abşeronda örtülü şəraitdə Sambak jasmininin  bioekoloji xüsusiyyətləri və becərilməsi” və C. Nəcəfova “Abşerona introduksiya olunmuş şərq alması növünün cücərtilərinin boy və inkişaf xüsusiyyətləri” adlı məruzə ilə cixiş ediblər. Məruzələr maraqla dinlənilib və sertifikata layiq görülüb.
Simpozium çərçivəsində iştirakçılar Türkiyənin Antalya şəhərində keçiriləcək “Expo 2016” (muzeylər, bağçalar və botanika bağlarının sərgisi) adlı sərgini ziyarət ediblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.