Fotos
AMEA Mikrobiologiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib
İyn 20 , 2016 | 04:00 / Mühüm hadisələr
Oxunma ( 3580 )

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Mikrobiologiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib. Şura sədri biologiya üzrə fəlsəfə doktoru Vüsalə Xəlilzadə bildirib ki, Gəncə şəhərinin 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası  Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə şəhər İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə 10-14 oktyabr 2016-cı il tarixlərində qədim Gəncə şəhərində bu mühüm hadisəyə həsr olunan “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq Forumu keçiriləcək. O İnstitut gənc mütəxəssislərinin həmin forumda fəal iştirak etməyinin zəruriliyini vurğulayıb. 
İclasda “Gənc tədqiqatçı” elmi-praktiki jurnalın 2016-cı il üçün 2-ci nömrəsinə məqalələrin qəbulu ilə bağlı elan iştirakçıların diqqətinə çatdırılıb və digər cari məsələlər müzakirə edilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.