İyn 23 , 2016 | 03:08 / Mühüm hadisələr
Fövqəladə Hallar Nazirliyinin “Bakı Regional Mərkəzi”nin təşkil etdiyi “Fövqəladə hallar üzrə maarifləndirmə” layihəsi çərçivəsində Nizami rayonu, 4 saylı Vərəm Əleyhinə Dispanserdə toplantı keçirilib.
Tədbirdə AMEA nəzdində RSXM-nin "Zəlzələlərin Tədqiqatı Bürosunun" mühəndisi, AMEA nəzdində RSXM-in Gənc Alim və Mütəxəssislər şurasının sədri Vüqar Fərəcov “Azərbaycan ərazisinin seysmik təhlükəliliyi və zəlzələdən qorunmaq üçün davranış qaydaları” mövzusunda məruzə ilə çıxış etmişdir.
Çıxış həkim və tibb kollektivi tərəfindən maraqla dinlənilmiş və maarifləndirmə baxımından yüksək qiymətləndirilmişdir.