Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olanlar iyulun 11-dək qeydiyatdan keçməlidirlər
İyn 24 , 2016 | 04:16 / Görüşlər
Oxunma ( 3621 )

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olanlar  2016-cı il iyunun 28-dən iyulun 11-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) aşağıdakı sənədləri təqdim etməklə AMEA-da qeydiyyatdan keçməlidirlər:

-  Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin adına ərizə;

-  Şəxsiyyət vəsiqəsinin əsli və surəti;

-  Bakalavr diplomunun əsli və surəti (2016-cı ilin məzunları ali təhsil müəssəsini bitirmək haqqında arayış təqdim etməlidirlər).

Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyənlər qəbul olunanların siyahısından xaric ediləcək.

Ünvan: Bakı şəh., H.Cavid pros. 115, AMEA-nın Əsas binası, otaq 141.

Tel: (+994 12) 539 30 60

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.