Fotos
Gənc kimyaçı tədqiqatçılar Sankt-Peterburqda “OргХим-2016” adlı konfransda iştirak ediblər
İyl 12 , 2016 | 04:21 / Mühüm hadisələr
Oxunma ( 3907 )

27 iyun – 01 iyul 2016-cı il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində üzvi kimya üzrə “OргХим-2016” adlı konfrans keçirilib. Müxtəlif ölkələrdən olmaqla 300-dən artıq gənc tədqiqatçının qatıldığı bu möhtəbər elm tədbirində Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyasi İnstitutunun doktorantı, gənc tədqiqatçı Osmanova Səbiyə, Neft Kimya Prosesləri İnstitutundan isə  Həsənxanova Nadirə, Dadaşova Nərmin  (səfər qrantı hesabına) və Baybəkov Şamxal iiştirak etmiş və müvafiq təqdimatlarla çıxış etmişdirlər.

 

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.