AMEA alimlərindən 402 məqalə müəllifinə pul mükafatı veriləcək
İyl 20 , 2016 | 01:15 / Elmi müsabiqələr
Oxunma ( 4362 )
Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin 04 mart 2016-cı il tarixli 153 nömrəli sərəncamı ilə “Thomson Reuters” və “Scopus” bazalarına daxil olan jurnallarda məqalələri dərc olunan AMEA alimlərinə pul mükafatı veriləcək.Sərəncamın icrası ilə əlaqədar AMEA-nın elmi bölmələri tabeliklərində olan elmi müəssisələrin əməkdaşlarının 2015-ci ildə “Thomson Reuters” və “Scopus” bazalarına
daxil olan jurnallarda dərc olunmuş məqalələri haqqında məlumatı AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim etmişlər. Adı çəkilən İdarənin Elmi-analitik şöbəsi təqdim olunmuş məlumatları analiz edərək, yekun siyahı hazırlamışdır. Məlum olmuşdur ki, AMEA üzrə 2015-ci ildə “Thomson Reuters” və “Scopus” bazalarına daxil olan jurnallarda 402 elmi məqalə dərc olunmuşdur.
Bunu nəzərə alaraq, AMEA alimlərinin 2015-ci ildə “Thomson Reuters” və “Scopus” bazalarına daxil olan jurnallarda dərc olunan məqalələrinin yekun siyahısı təsdiq edilmişdir. AMEA-nın elmi müəssisələrinin rəhbərlərinə isə tapşırılıb ki, hər bir məqaləyə görə onun müəlliflərinə 100 (yüz) manat məbləğində birdəfəlik pul mükafatının verilməsini təmin etsin.
AMEA Rəyasət Heyəti aparatının Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinə tapşırılıb ki, bu sərəncamın icrası ilə bağlı maliyyə məsələlərini yoluna qoysun.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.