AMEA Mərkəzi Nəbatat Bağında gənc rəssamların təbiətə həsr edilmiş əsərləri nümayiş etdirilib
İyl 22 , 2016 | 03:28 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2745 )

AMEA-nın Mərkəzi Nəbatat Bağında Eko Aləm İctimai Birliyi “Məktəblilərlə Milli Parklar ərazisində ətraf mühitin müşahidə edilərək, öyrənilməsi” layihəsinə həsr olunmuş tədbir həyata keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə baş tutub.
Mərkəzi Nəbatat Bağında təşkil olunmuş sərgidə məktəblilərin Şirvan MP, Göygöl MP və Şahdağ MP ərazilərində təbiəti müşahidə edərək çəkdikləri ətraf mühit nümunələri əks etdirən foto şəkillərdən ibarət stendlər və gənc rəssamların təbiətə həsr edilmiş əsərləri nümayiş etdirilib.
Sərgiyə bir çox ictimaiyyət nümayəndələri, Mərkəzi Nəbatat Bağının işçiləri, Bağın ziyarətçıləri və KİV nümayəndələri qatılıb. Eko Aləm İctimai Birliyi sədri Sevil xanım Yüzbaşeva qonaqları salamlayaraq layihə haqqında ətraflı məlumat verib. Eko Aləm İctimai Birliyi layihə çərçivəsində hazırladığı “Təbiətin dostu” sertifikatını sərgidə iştirak edən məktəblilərə təqdim edib.
Sərgi zamanı stendləri qiymətləndirmək üçün ziyarətçilərin iştirakı ilə kiçik müsabiqə keçirilib. Sərginin sonunda 24 səslə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən Eldəniz Mehdiyev adına 1 saylı Tan Orta Məktəbin stendi qalib olub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.