Aşqarlar Kimyası İnstitutunun gənc doktorantı Afinada Beynəlxalq konfransda iştirak edib
İyl 28 , 2016 | 08:38 / Mühüm hadisələr
Oxunma ( 3528 )
18-21 iyul 2016-cı il tarixlərində Yunanıstan Respublikasının Afina şəhərində, Afina Elmi və Tədqiqat İnstitutunun təşəbbüsü ilə Kimya üzrə 4-cü illik Beynəlxalq Konfrans keçirilmişdir. Acılış mərasimində Afina Elmi və Tədqiqat İnstitutunun prezidenti Dr. Gregory T. Papanikos giriş nitqi ilə çıxış edib. Bu möhtəbər tədbirdə dünyanın bir çox ölkələrindən  - ABŞ, Kanada, Yaponiya, Çin, Polşa, Meksika, Türkiyə, Hindistan və Misirin aparıcı elm mərkəzlərindən olan elm nümayəndələri, professorlar iştirak etmişdilər. Azərbaycanı sözügedən konfransda Afina Elmi və Tədqiqat İnstitutunun prezidentinin dəvəti və Azərbaycan Milli Elmlər Akademiyasının maliyyə dəstəyi ilə Aşqarlar Kimyası İnstitutunun gənc doktorantı Xədicə Məmmədyarova təmsil etmiş, onun seksiya iclasında məruzəsi dinlənilmiş, müxtəlif suallar ətrafında fikir mübadiləsi aparılmışdır.
Tədbir müddətində konfrans iştirakçıları Afinanın tarixi yerləri il tanış olmuşlar.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.