Tələbələr AMEA-nın təcrübəsindən yararlanırlar
İyl 27 , 2016 | 09:28 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 3528 )

Qərb Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) arasında bağlanmış müqaviləyə əsasən bu ali məktəbin siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin bir qrup tələbəsi AMEA-da təcrübəyə başlayıb.

Tələbələr təcrübələrini AMEA-nın Mərkəzi Elmi Kitabxanasında davam etdiriblər. Onlar burada müxtəlif fondlarda və bölmələrdə görülən işlərə kömək etməklə təcrübə qazanırlar.

Təcrübə proqramı iyulun sonunadək davam edəcək.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.