AMEA Gənc Alim və Mütəxəssislər Şurasının AzTV-nin "Səhər" proqramının qonağı olublar
İyl 23 , 2016 | 09:33 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 3566 )

22.07.2016 tarixdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri - AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov, AMEA Molekulyar Biologiya və biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Mehmalıyeva və AMEA Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev Azərbaycan Dövlət Televiziyasının "Səhər" proqramının qonağı olublar. Gənc alimlərimiz "Azərbaycan elminin dünya elminə inteqrasiya prosesləri, beynəlxalq çərçivədə həyata keçirilən ən son müştərək elmi tədqiqatlar və bu prosesdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının rolu" mövzusunda fikir mübadiləsi aparıblar.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.