Ötən il AMEA-nın 1000-ə yaxın əməkdaşı 35-dən çox ölkədə elmi ezamiyyətdə olublar
İyl 28 , 2016 | 10:29 /
İyl 28 , 2016 | 10:29 /
Oxunma ( 2455 )
2015-ci ildə AMEA-nın beynəlxalq elmi əlaqələri xeyli genişlənmiş, bir sıra xarici ölkələrin elmi müəssisələri ilə elmi əməkdaşlıq haqqında ikitərəfli müqavilələr imzalanmışdır.
AMEA-nın 1000-ə yaxın əməkdaşı birgə elmi tədqiqatlar aparmaq, elmi-praktik konfranslarda, seminarlarda,simpoziumlarda və digər beynəlxalq tədbirlərdə iştirak etmək məqsədilə 35-dən çox xarici ölkədə elmi ezamiyyətdə olmuşdur.

Ötən il xarici ölkələrin alimləri, mədəniyyət və siyasi xadimləri, beynəlxalq təşkilatların nümayəndələri AMEA-nın qonaqları olmuş və AMEA-nın Rəyasət Heyətində çoxsaylı görüşlər keçirilmişdir. AMEA tərəfindən Azərbaycanda əcnəbi alimlərin iştirakı ilə bir sıra beynəlxalq elmi konfrans və simpoziumlar keçirilmişdir.