2017-2030-cu illər üzrə elmin inkişaf doktrinası hazırlanacaq
İyl 26 , 2016 | 10:47 /
Oxunma ( 3249 )
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş AMEA-nın Ümumi yığıncağındakı proqram xarakterli çıxışında irəli sürdüyü elmi prioritetlər, elmin inkişafı ilə bağlı verdiyi tapşırıqlar və tövsiyələr AMEA-nın fəaliyyətində rəhbər tutularaq əsasında Azərbaycan Respublikasında 2017-2030-cu illərdə elmin inkişaf doktrinası hazırlanacaq.
Akademiya Rəyasət Heyətinin məlumatına görə, eyni zamanda Aktual elmi və texnoloji problemlərin həlli, ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı istiqamətində multidissiplinar tədqiqatların aparılmasını nəzərdə tutan kompleks elmi proqramların məqsədli maliyyələşdirilməsi və bu mexanizmin təkmilləşdirilməsi işi davam etdiriləcək.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.