Avg 15 , 2016 | 01:00 / Mühüm hadisələr
14-15 noyabr 2016-cı il tarixlərində AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda “Genomika: problemlər və perspektivlər” mövzusunda Respublika konfransı keçiriləcək.
Konfransda genetik ehtiyatların ən müasir texnologiyalar əsasında öyrənilməsi və mühafizəsi, seleksiya və digər bitki tədqiqatlarında səmərəli istifadəsi üzrə son illərdə respublikada aparılmış nəzəri və praktiki tədqiqatların mühüm nəticələri və perspektivləri müzakirə olunacaq.
Tədbirdə plenar və seksiya iclaslarında məruzələr, posterlərin nümayişi nəzərdə tutulub.
Məruzələrin tezisləri və tam məqalələr 15 oktyabr 2016-cı il tarixinədək konfransın Təşkilat Komitəsinə təqdim edilməlidir.
Məruzələrin tezisləri konfransın materialları toplusunda dərc olunacaq.
Plenar məruzələr Təşkilat Komitəsi tərəfindən seçiləcək. Plenar məruzələrin tam mətnləri Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərlərində çap ediləcək.
Konfransın işi aşağıdakı bölmələr üzrə təşkil olunacaq:
- Biotexnologiya və genomika
- Mədəni bitkilərin və onların yabanı əcdadlarının molekulyat-genetik tədqiqi
- Seleksiyanın müasir metodları, molekulyar, genom, xromosom seleksiyası
- Genetik ehtiyatların tədqiqində informasiya texnologiyaları, bioinformatika
- Genetik ehtiyatların müasir mühafizə strategiyaları, toxuma kulturası, in-vitro, in-vivo
- Kənd təsərrüfatı heyvanlarının molekulyar-genetik tədqiqi
Əlaqə vasitələri: (+994 12) 449 92 21, (+995 50) 532 78 19, 2162901, 463 63 27, (+994 70) 533 04 93, (+994 55) 331 68 95
E-mail: [email protected], [email protected],[email protected]
Ünvan: Bakı şəh., Azadlıq pr, 155.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.