TQDK kolleclərə qəbul olanlara son xəbərdarlığını etdi
Avg 30 , 2016 | 12:59 / Mühüm hadisələr
Oxunma ( 4628 )

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, 30 avqust saat 11:00-a olan məlumata əsasən, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan 6838 abituriyentdən 5526 nəfəri qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib. 1312 abituriyent qeydiyyatdan keçməyib.

Qeydiyyat bu gün saat 17:00-dək davam edəcək. Göstərilən vaxtadək abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.