Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri “Bilik günü”nü Lənkəran və Lerik məktəbliləri ilə keçiriblər
Sen 15 , 2016 | 06:29 / Mühüm hadisələr
Oxunma ( 3184 )

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu bu ildə “Bilik günü” ilə əlaqədar olaraq respublikanın müxtəlif rayonlarında yerləşən ümümtəhsil orta məktəblərin şagirdləri üçün vətənpərvərlik mövzusunda mühazirələr təşkil edib. Ənənəvi layihə çərçivəsində, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvləri tərəfindən Lənkəran və Lerik rayonunun hər birindən iki məktəbinin yuxarı sinif şagirdləri və müəllim heyəti üçün “Heydər Əliyev və Azərbaycan” mövzusunda təqdimatlar ediblər. Belə ki, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov Malik Baxışov adına 3 saylı tam orta məktəbdə, AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer Elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov şəhərin 1 saylı Texniki fənlər təmayül liseyində,  AMEA Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev Lənkəran şəhər 10 saylı məktəbdə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Bəxtiyar Cəlilov Lənkəran şəhər Xarici dillər təmayüllü liseyində məruzələrlə çıxış etmişlər. 

Məktəb kollektivi ilə görüşdə, gənc elm adamları həm də Akademiyanın gənclər siyasəti, regionlarda elmin təbliği və orta məktəblərdə istedadlı gələcək alimlərin aşkara çıxarılması məqsədlərini özündə ehtiva edən təşviqat xarakterli təqdimatları gələcəyin alimlərinin diqqətinə çatdırıblar.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.