AMEA ilk dəfə Almaniyada təhsil alan tələbələrə tədqiqat təcrübəsi üçün ev sahibliyi edəcək
Sen 20 , 2016 | 04:00 /
Oxunma ( 3107 )

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) "RISE worldwide" (https://www.daad.de/rise-worldwide/) adlı proqramı artıq 8 ildir fəaliyyət göstərir və Azərbaycan Milli Elmlər Akademiyası ilk dəfə olaraq bu proqramda iştirak üçün dəvət olunub. AMEA 2017-ci ildə Almaniya Universitetlərində biologiya, kimya, fizika, yer elmləri və mühəndislik sahələri üzrə təhsil alan tələbələrə tədqiqat təcrübəsi üçün ev sahibliyi etmək imkanı əldə edir.   

​Proqramla əlaqəli DAAD tərəfindən AMEA-da seminar keçirilməsi planlaşdırılır. Bu məqsədlə RISE worldwide proqraminda iştirak etmək istəyən namizədlərin siyahısını 23 sentyabr 2016-cı il tarixinə qədər AMEA Rəyasət Heyətinin Beynəlxalq əlaqələr idarəsinə göndərməyiniz xahiş olunur.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.