Yaponiyada Lütfi Zadənin nəzəriyyəsi əsasında ilk robot hazırlanıb
Sen 28 , 2016 | 06:01 /
Oxunma ( 3641 )
Yapon alimləri ilk dəfə  olaraq süni-intellektə sahib robotu ictimaiyyətə nümayiş etdiriblər. Moderator.az xəbər verir ki, yapon alimlərinin hazırladığı Alter adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib. İnsan beynindəki sinir şəbəkələrinin  bənzəri olan  elektrik siqnallarına malik olan robot adamların hərəkətlərini asanlıqla təqlid edə biləcək.
Qeyd edək ki, robotun hazırlanmasında əsas götürülən süni-intellekt nəzəriyyəsi həmyerlimiz Lütfi Zadəyə məxsusdu. Bir neçə il bundan əvvəl, yaponlar Lütfi Zadəyə nəzəriyyələrinə görə, özlərinin məşhur “Honda” mükafatını vermişdilər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.