Fotos
Gənc alim və mütəxəssislərin Beynəlxalq Forumunda ilk dəfə xarici alimlərin iştirakı ilə interaktiv müzakirələr keçirildi
Okt 11 , 2016 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 3915 )

Bu gün Gəncə şəhərində AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə şəhər İcra Hakimiyətinin birgə təşkilatçılığı ilə öz işinə başlayan “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin Beynəlxalq Forumu çərçivəsində açılış mərasimindən sonra, günün ikinci yarısında interaktiv müzakirə təşkil olundu. “Dünyanın inteqrasiya prosesləri və Azərbaycan gəncliyi”, “Qlobal multikulturalizm və Azərbaycan modeli” və “Nizami Gəncəvi irsi: Azərbaycandan dünyaya” adlı üç mövzuda baş tutan interaktiv müzakirələr keçirməyin əsas məqsədi dünyanın müxtəlif ölkələrini təmsil edən gənclərin qlobal aktuallıq kəsb edən məsələlər, o cümlədən tarixi, dini, mədəni və s. mövzular ətrafında birgə fikir mübadiləsi aparmaq idi. Təkcə konfransın yerli iştirakçıları deyil, həm də xarici nümayəndələr də qatıldığı hər bir panel mövzusu üzrə maraqlı fikir mübadiləsi aparıldı, iştirakçı gənclərin sualları moderator və ekspertlər tərəfindən ətraflı cavablandırıldı.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.