Fotos
Gəncədə keçirilən gənc alimlərin Beynəlxalq Forumunda poster müzakirələri keçirilib
Okt 12 , 2016 | 03:00 / Mühüm hadisələr
Oxunma ( 3036 )

Bu gün “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin Beynəlxalq Forumu çərçivəsində panel müzakirələr təşkil il olunub.  AMEA Gəncə Bölməsində ''Üzvi, qeyri-üzvi sintez və tətbiqi kimya'', ''Qlobal enerji, ərzaq və ekoloji təhlükəsizlik'', ''Regional inkişaf və demoqrafiya, ''Elmi-tarixi, dini və mədəni sivilizasiyalar, ''Nanotexnologiya və tətbiqi fizika'', ''Elektronik riyazi tədqiqatlar və innovasiyalar'' ve ''Biotexnologiya və gen mühəndisliyi'' panel mövzularda təşkil olunan müzakirələr ekspertlərin iştirakı ilə geniş müzakirələr keçirilib. 

Məlumat uçun qeyd edək ki, poster müzak təşkil etməkdə məqsəd müxtəlif elmi sahələrdə fəaliyyət göstərən gənclərin dünya elminin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən elmi istiqamətlər üzrə apardıqları tədqiqatlara dair disskusiyalarının təmin olunması olub.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.