Fotos
Geologiya və Geofizika İnstitutunda magistrant, doktorant və gənc alimlərin növbəti seminarı keçirilib
Okt 15 , 2016 | 05:58 / Mühüm hadisələr
Oxunma ( 3810 )

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) magistrant, doktorant və gənc alimlərin növbəti seminarı keçirilib. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun sədrlik etdiyi tədbirdə “Abşeron arxipelaqının Pirallahi yatağı üçün məhsuldar qatın 3D petrofiziki və litoloji-fasial modelləşdirilməsi” mövzusunda məruzə dinlənilib. Əvvəlcə O. Abbasov müasir geoloji və geofiziki tədqıqatların aprılmasında, həmçinin tədqiqat obyektlərinə dair daha aydın və təfsilatlı məlumatların əldə olunmasında modelləşdirmənin rolundan danışıb və bu mənada seminarın mövzusunun xüsusi aktuallıq daşıdığını qeyd edib. Sonra GGİ-nin Neft və qaz geologiyası və geofizikası şöbəsinin mühəndisi Leyla Şıxova qeyd olunan məruzə ilə çıxış edərək mövzu üzrə tədqiqatlarından və tətbiq etdiyi metodlardan danışıb, aldığı nəticələri həmkarları ilə bölüşüb, suallar cavablandırılıb.

Məruzə maraqla qarşılanıb. Tədbir mövzuya dair müzakirələrlə yekunlaşıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.