AMEA-da İnternet Xidmətləri Mərkəzi açıldı
Okt 19 , 2016 | 11:48 / Mühüm hadisələr
Oxunma ( 3265 )

Bu gün AMEA-nın Əsas binasında AzScienceNet elm-kompüter şəbəkəsinin (EKŞ) İnternet Xidmətləri Mərkəzinin açılış mərasimi keçirildi.

Mərasimdə AMEA prezidenti, akademik Akif Əlizadə, vitse-prezident, akademik İbrahim Quliyev, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nazim Məmmədov, Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev, AMEA-nın Akademiya şəhərciyinin direktoru Bayram Babayev və Mərkəzin əməkdaşları iştirak edirdilər.  

Öncə akademik Akif Əlizadə İnternet Xidmətləri Mərkəzinin açılışını bildirən rəmzi lenti kəsdi. Sonra qonaqlar mərkəzin “Şəbəkə infrastrukturunun inkişafı və texniki xidmət”, “Şəbəkə sistemləri”, “Audio-video texnologiyalar”, “Elmi araşdırmalar və innovativ texnologiyalar” sektorlarında yaradılmış innovativ şəraitlə yaxından tanış oldular.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Mərkəzin yaradılmasında göstərdikləri dəstəyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirdi. Sonra qonaqlara ölkəmizdə elektron elmin şəbəkə platforması olan AzScienceNet EKŞ-nin təqdim etdiyi imkanlar barədə məlumat verdi.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.