Okt 24 , 2016 | 09:14 / Mühüm hadisələr
21-22 oktyabr 2016-cı il tarixlərində Türkiyə Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin təşkilatçılığı ilə İstanbul şəhərində “III Beynəlxalq Uşaq və Gənclik ədəbiyyatı” elmi konfransı keçirilib. Tədbirdə ölkəmizi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Aynurə Paşayeva və Türkiyə ədəbiyyatı” və Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi Türkan Əsgərova iştirak ediblər. A.Paşayevə “Azərbaycan jurnalı səyahətnamələrində", T.Əskərova isə “Azərbaycan və Türk xalqının mənəvi dəyərlərinin inkişafı və formalaşmasında uşaq və gənclik ədəbiyyatının rolu” mövzusunda məruzələr etmiş və sertifikatlara layiq görülmüşdülər.