Noy 03 , 2016 | 11:22 / Mühüm hadisələr
8, 18 və 22 noyabr 2016-cı il tarixlərində AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin təşəbbüsü, Gənc Alim və Mütəxəssislər Şurası və Müəllif Hüquqları və Patent şöbəsinin birgə təşkilatçılığı ilə silsilə seminarlar keçiriləcək.
Məqsəd innovasiya fəaliyyətinin, elm-istehsalat əlaqələrinin genişləndirilməsi və multidissiplinar innovativ layihələrin hazırlanması, elmin kommersiyalaşdırılmasının təşkilində patent və lisenziyaların rolu, bu istiqamətdə beynəlxalq təcrübələrin öyrənilməsi, o cümlədən, AMEA-nın Təcrübə-Sənaye Zavodunda həyata keçirilən innovativ layihələrlə tanışlıqdır.
Seminarlar AMEA-nın Mərkəzi Elmi Kitabxanasında aşağıdakı tarixlərdə müvafiq bölmələr üzrə keçiriləcək:
- 8 noyabr 2016-ci il tarixində Kimya və Yer Elmləri bölmələri,
- 18 noyabr 2016-ci il tarixində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi,
- 22 noyabr 2016-ci il tarixində isə Biologiya və Tibb Elmləri Bölməsi
Tədbirdə bölmələr üzrə müvafiq institutların elmi katibləri, elmi işlər üzrə müavinləri, gənc alim və mütəxəssilər, innovasiya sahəsi üzrə məsul şəxslər, elmi-tədqiqat və innovasiya sahəsində çalışan mütəxəssislər, AMEA-nın Təcrübə-Sənaye Zavodunda fəaliyyət göstərən layihə müəllifləri, eləcə də beynəlxalq proqramlarda iştirak edən milli əlaqələndiricilər və magistrlər iştirak edəcəklər.
Tədbirdə iştirak etmək istəyənlər Kimya və Yer Elmləri Bölmələri üçün 4 noyabr, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üçün 16 noyabr və Biologiya və Tibb Elmləri Bölməsi üçün 18 noyabr tarixilərinədək https://goo.gl/forms/DrgE7WLBs4aqr1JJ3 ünvanında qeydiyyatdan keçməlidirlər. İştirak barədə müvafiq elmi bölmələrə məlumat vermək tələb olunur.
Telefon: (+994 12) 492 58 87
Email: [email protected]
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.