"AMEA Yüksək Texnologiyalar Parkı elmi nailiyyətlər üçün geniş imkanlar açacaq"
Noy 14 , 2016 | 01:21 /
Oxunma ( 3182 )
Ölkə başçısının sərəncamı əsasında Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində yaradılacaq  “AMEA Yüksək Texnologiyalar Parkı” müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə imkan yaradacaq". Bunu SIA-ya açıqlamasında  AMEA-nın gənc alimvə mütəxəssislər şurasının sədri  Famin Salmanov  deyib. 
 O bildirib ki, yaradılacaq parkda innovasiya məhsulunun yüksək texnologiyaların məhsullarının işlənməsi, hazırlanması və təkmilləşdirməsi məqsədilə akademiyada aparılan elmi tədqiqatların təcrübə-konstruktor işləri aparılacaq: "Park alimlərin apardığı elmi tədqiqat işlərinin kommersiyalaşdırılması üçün qurulub. Həmin parkda artıq akademiyanın bir sıra məhsulları alınır. Orada fəaliyyət göstərən sənaye təcrübi zavodunun nəzdində  bir sıra kimyəvi məmulatlar hazırlanır. Eyni zamanda orada digər ali təhsil müəssisələrinin də təklifləri nəzərə alınır.  Belə ki, istənilən təhsil müəssisəsi təklif verməklə gəlib orada öz elmi tədqiqatlarının tətbiqinə və praktik əhəmiyyətə nail ola bilərlər". 
Xatırladaq ki, Prezident İlham Əliyev  noyabrın 8-də "Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında" sərəncam imzalayıb. Sərəncam iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaq məqsədilə imzalanıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.