Fotos
Gənc tədqiqatçı Rusiyada elmi ezamiyyətdə olub
Noy 15 , 2016 | 12:03 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 3260 )

AMEA Memarlıq və İncəsənət İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pərvanə Əliyevə  26-31 oktyabr 2016-cı il tarixlərində Rusiya Federasiyasının Stavropol vilayətinin Mineralnıye vodı və Karaçayevo–Çerkessiya Respublikasının Karaçayevsk şəhərində, Universitet və bir neçə kitabxanalarda elmi ezamiyyətdə olmuşdur. Bu ezamiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin (EİF/GAM-3-2014-6(21)) qalibi olmuş “XX əsrdə Qafqazda yaşayan türk xalqlarının mədəniyyətinə qarşı törədilmiş soyqırım” (EİF/GAM-3-2014-6(21)-24/21/5-M-05) adlı layihəsi üzrə həyata keçrilib.

Tədqiqatçı Karaçay-Çərkəz Dövlət Univeresitetinin rektoru Tausoltan Uzdenovla görüş keçirib,  Azərbaycan və Karaçay xalqların  XX əsrdə başlarına gətirilən faciələrdən, məruz qaldıqları soyqırıma və deportasiyalardan fikir mübadiləsi aparıb.
O, ezamiyyətini Stavropol vilayətinin Mineralniye vodi şəhərini “Mərkəzləşdirilmiş kitabxanasında” yekunlaşdırıb, layihə mövzusu ilə əlaqədar kitabxananın  fond materialları və kitablarla tanış olub.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.