AMEA Gənc Alim və Mütəxəssislər Şurası BDU-da elmi seminar keçirtdi
Apr 15 , 2015 | 04:51 / Mühüm hadisələr
Oxunma ( 4936 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurası Akademiyanın elmi təşkilat və müəsissələrində aparılan tədqiqatların geniş ictimailəşdirilməsi məqsədilə paytaxtda və regionlarda yerləşən orta və ali təhsil ocaqlarında, həmçinin elmi-tədqiqat müəssisələrində müxtəlif mövzulara dair seminarlar təşkil edir. Aprel ayının 15-də analoji seminarlardan biri də Bakı Dövlət Universitetində təşkil olunub. Seminar AMEA Gənc Alim və Mütəxəssislər Şurası və  Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə ərsəyə gətirilib.

Elmi seminarı ilk olaraq Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Daşqın Qənəbərov açaraq, qonaqları salamlayıb. O, hər iki gənclər təşkilatının iş birliyinin gələcək perspektivlərindən, təhsil və elm sahəsində vəhdətin təmin olunması baxımından lahihənin faydalarından danışb. Sədr həmçinin qeyd edib ki, Azərbaycanda elm məbədi kimi tanınan Akademiyada aparılan elmi-tədqiqatların nəticələrinin gələcəyin alimlərinə aşlanması tələbə və magistrlərimiz üçün əlavə bir stimuldur. “Belə bir əməkdaşlıq imkan verir ki, bundan sonra təhsil alan, elmi fəaliyyət göstərən gənclər daim qarşlılıqlı müzakirələr aparsın və ümumilikdə, ölkə elminin gələcək inkşafı üçün birgə səy göstərsinlər”

Növbəti çıxış edən  AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, riyaziyyat-fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov ilk seminarın baş tutması üçün Daşqın müəllimin təşəkkürünü bildirməklə, Təmsil etdiyi Şuranın elmi-ictimai fəaliyyəti haqqında seminar iştirakçılarına geniş məlumat verib. Gələcəkdə Bakı Dövlət Universitetinin tələbə və magistrlərilə daha sıx əməkdaşlıq edəcəklərini vurğulayan sədr, bu təhsil ocağının Azərbaycan elminə, o cümlədən Akademiyaya verdiyi töhfələrdən və sədrlik etdiyi Şuranın tərkibində olan gənc alimlərin əksəriyyətinin, məhz Universitetin keçmiş məzunları olmasını xüsusi qeyd edib. “Bu günkü məruzəçi gənc alim də vaxtilə BDU-nun “Geologiya fakültəsi”nin məzunu olması və uğurlu elmi fəaliyyətilə Azərbaycan Respublikasının gənclər üzrə “Prezident mükafatı”na layiq görülməsi gözəl ənənələrin davam edəcəyindən xəbər verir”.

Daha sonra,  AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü, Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, geolgiya və mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov  öz nitqində təmsil etdiyi İnstitutun fəaliyyəti, maddi-texniki bazası haqqında geniş məlumat verib. O, seminarın mövzusu ilə əlaqədar bu günkü tədbirin içtirakçılarının əksəriyyətini Universitetin “Geologiya fakultə”sinin tələbə və magistrləri təşkil etdiyindən, elmə marağı olan gənclərin Geologiya və Geofizika İnstitutu ilə gələcək əməkdaşlığı üçün Şura olaraq hər cür dəstəyi verə biləcəklərini də vurğulayıb.

Bir saat davam edən seminarda Azərbaycan Respublikasının gənclər üzrə Prezident mükafatçısı,  Yer elmləri üzrə fəlsəfə doktoru, AMEA Geologiya və Geofizika İnstitutunun gənc aparıcı elmi işçi Rafiq Səfərov “Azrbaycan ərazisində müasir geodinamik şəraitin və zəlzələ təhlükəsinin GPS məlumatları əsasında tədqiqi” mövzusunda təqdimatla çıxış edib. Qarşlıqlı müzakirələr formatında keçən seminar tələbə və magistrlər tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.