Fotos
Gənc Alim və Mütəxəssislər Şurasının növbəti uğuru olan “Gənc tədqiqatçı” jurnalı “Elmi nailiyyətlər sərgisi"ndə....
Apr 29 , 2015 | 10:30 / Elmi nəşrlər
Oxunma ( 4383 )

Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası növbəti bir uğura imza atıb. Qurumun elmi-praktik dərgisi olan “Gənc tədqiqatçı” jurnalın ilk sayı işıq üzü görüb. Şura sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanovun verdiyi məlumata görə, jurnalın ilk nömrəsində Akademiyanın bütün bölmələri üzrə gənc alimlərin fundamental və tətbiqi elmi tədqiqatlarının ən mühüm nəticələrini özündə ehtiva edən məqalələrə yer verilib.

O qeyd edib ki, artıq jurnalın növbəti sayı üçün elan may ayının birinci ongünlüyü ərzinə veriləcək.

Məlumat üçün bildirək ki, “Gənc tədqiqatçı” jurnalı AMEA-nın ötən ilin yekunlarına həsr olunan ümumi hesabat yığıncağında təşkil olunan “Elmi nailiyyətlər” sərgisində nümayişə çıxarılıb.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.