May 02 , 2015 | 05:03 / Mühüm hadisələr
AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Bakı Dövlət Universiteti Tələbə Həmkarları İttifaqı Komitəsinin təşkilatçılığı ilə növbəti elmi seminar Universitetin “Kimya” fakültəsinin tələbə və magistrləri üçün təşkil olunub. “Ağilli - smart və ya intelligent polimerlər” mövzusu altında keçirilən seminarı, giriş sözü ilə Komitənin sədri, hüquq üzrə fəlsəfə doktoru Daşqın Qənbərov açaraq qeyd etdi ki, artıq ənənə halını almış belə seminarların keçirilməsinə olan maraq davamlı və yüksələn tendensiya üzrə artır. Sədr onu da vurğuladı ki, bu gün təqdim olunacaq mövzu aktuallıq və populyarlıq nöqteyi nəzərindən seminar iştirakçıları üçün çox güman ki, maraqlı olacaq.
Daha sonra çıxış edən, Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov ondan öncə çıxış edən natiqin fikirlərindəki məqamlara toxunaraq, seminarın davamlı və maraqlı olması üçün təşkilatçılarn, xüsusilə mövzu seçiminə diqqət yönəltdiyini və bu mövzuların qloballaşan dünyanın elmi prioritet istiqamtlərilə üst-üstə düşməsinə səy göstərdiklərini dedi.
Növbəti çıxışı AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Faiq Məmmədov təmsil etdikləri təşkilatın tarixi, orada aparılan elmi-tədqiqat işlərinin istiqamətləri və müəssisənin müasir tipli maddi-texniki bazası haqqında seminar iştirakçılarına geniş məlumat verdi. F.Məmmədov, həmçinin İnstututda gənclər üçün yaradılan imkanlardan, onların əldə etdikləri uğurlardan və ilk dəfə olaraq bu il həmin müsəssisədə magistratura pilləsi üzrə “Kimyəvi kinetika və kataliz” ixtisasında qəbulun aparılacağından danışaraq qeyd etdi ki, Universitet tələbələrinin bu qəbulda iştirak etməsi gələcəkdə onlar üçün elmi fəaliyyət istiqamətində böyük perspektivlər yaradacaq.
AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, kimya üzrə fəlsəfə doktoru Şamo Tapdıqov seminarın mövzusu ilə əlaqədar təqdimatla çıxış etdi. Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan tədbirdə, məruzəçiyə ünvanlanan suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.