Gənc geoloqların "Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar yanaşma” adlı beynəlxalq konfransı keçiriləcək
Sen 16 , 2015 | 11:00 / Mühüm hadisələr
Oxunma ( 7436 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) oktyabrın 12-15-də AMEA-nın 70 illiyinə həsr olunan gənc alim və tələbələrin “Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar yanaşma” adlı VI beynəlxalq elmi konfrans keçirəcək.İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil olunan tədbirə qatılmaq üçün İngiltərə, Rusiya, Türkiyə, Serbiya, Macarıstan, Bolqarıstan və digərləri daxil olmaqla ümumən 20 ölkədən 200-dən çox alim, doktorant, magistr və tələbə müraciət edib. Şura sədri, yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasovun verdiyi məlumata görə, müraciətlərin ekspertizası nəticəsində 18 ölkədən 150 gənc tədqiqatçının tədbirdə iştirak edəcəyi müəyyənləşdirilib. Hazırda konfransla bağlı təşkilati işlər həyata keçirilir.

Bildirək ki, tədbirin rəsmi aşılış mərasimi AMEA-nın əsas binasında, geologiya və geofizikanın müxtəlif istiqamətləri üzrə çıxış və təqdimatlar isə GGİ-də olacaq.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.