“Gəncə Avropa Gənclər Paytaxtı – 2016”ya həsr olunan gənc alim və mütəxəssislərin beynəlxalq elmi forumu keçiriləcək
İyn 20 , 2016 | 10:47 / Mühüm hadisələr
Oxunma ( 27895 )

Gəncə şəhərinin 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası  Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə şəhər İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə 10-14 oktyabr 2016-cı il tarixlərində qədim Gəncə şəhərində bu mühüm hadisəyə həsr olunan “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq Forumu keçiriləcəkdir.

Forum - dünyanın müxtəlif ölkələrini təmsil edən gənclərin qlobal aktuallıq kəsb edən məsələlər, o cümlədən tarixi, dini, mədəni və s. mövzular ətrafında birgə fikir mübadiləsi aparması məqsədini daşıyır.  Beynəlxalq tədbir çərçivəsində, həmçinin müxtəlif elmi sahələrdə fəaliyyət göstərən gənclərin dünya elminin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən elmi istiqamətlər üzrə apardıqları tədqiqatlara dair disskusiyalarının təmin olunmasıını hədəfləyən konfransın da keçirilməsi nəzərdə tutulub.

Tədbirin Elmi Təşkilat Komitəsi akademik institut və təşkilatların, həmçinin elmi-istehsalat müəssisələrin və digər müvafiq qurumların gənc alim və mütəxəssislərini Forumda fəal iştirak etməyə dəvət edir.

 

Forumla bağlı məlumatları burdan yüklə.

 Tezis üçün nümunə buradan yüklə.

İştirakçı ərizəsi buradan yüklə.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.